Rusiyada 200 müsəlman ailəyə pulsuz ev verildi

Rusiyada mübarək Ramazan ayında 200 müsəlman ailə pulsuz şəkildə evlə təmin edilib.

Çeçenistanın paytaxtı Qroznı şəhərində 200 ədəd 2 mərtəbəli həyət evləri aztəminatlı və çoxuşaqlı, həmçinin əlil övladı olan ailələrə təhvil verilib.

Həmin həyət evlərindən ibarət kiçik qəsəbənin inşası 6 aydan da tez başa çatıb.

Evlər imkanı olmadığı üçün öz şəxsi evi olmayan və kirayədə və ya qohumlarının evində qalmaq məcburiyyətində olan ailələrə verilib.