"İraq, Suriya, Liviya və Livanı yerlə-yeksan edənlər indi də İranı hədəfə alıb"

İraq Əhli Sünnə Alimləri Birliyinin sədri Şeyx Xalid əl-Molla İranda baş verən son hadisələri dəyərləndirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ərəb mediasının məlumatına görə, İraq Əhli Sünnə Alimləri Birliyinin sədri Şeyx Xalid əl-Molla Twitter hesabından verdiyi açıqlamada İranda baş verən son hadisələri dəyərləndirib.

Şeyx Xalid əl-Molla deyib:

İraq, Suriya, Liviya və Livanı yerlə-yeksan edən şər qüvvələr İran İslam Respublikasını hədəfə alıblar. 

Ancaq vurğulamaq istərdim ki, onlar İslamı seçmiş, əqidəyə hörmət və güclü lider olan İran millətinin iradəsi ilə məğlub olacaqlar.

İmperializm məğlub olacaq və İslam qalib gələcək".