Fanatik yəhudilər Əl-Əqsa məscidinə basqın etdilər

Operativtv.com türk mediasına istinadən xəbər verir ki, fanatik yəhudi mühacirlər işğalçı sionist İsrail polisinin himayəsi altında Məscidül-Əqsaya basqın ediblər. Fələstinin WAFA xəbər agentliyində yer alan xəbərə görə, məskunlaşmış yəhudilər işğal altındakı Şərqi Qüdsün Köhnə Şəhərdə yerləşən Əl-Əqsa məscidinə basqın edərək, Hərəmin Əl-Əsbat və Kattanin qapıları qarşısında mərasim təşkil ediblər. Bundan əlavə, mühacirlər basqın zamanı Hərəmi Şərifdə fələstinliləri təxribata çəkməyə çalışıblar.

Xatırladaq ki, İsrail və İordaniya arasında 26 oktyabr 1994-cü ildə imzalanmış sülh müqaviləsinə əsasən, Məscidül-Əqsa İordaniyanın Vəqflər, İslam İşləri və Müqəddəslik Nazirliyinə bağlı Qüds İslam Vəqfləri İdarəsinin himayəsindədir. Lakin 2003-cü ildən Administrasiyanın icazəsi olmadan İsrailin birtərəfli qərarı  polisin müşayiəti ilə yəhudilər müqəddəs ziyarətgaha daxil olurlar. Bu girişləri basqın olaraq xarakterizə edən Qüds İslam Vəqfləri İdarəsi müsəlmanların suverenliyinin pozulduğunu vurğulayır.