Bu cinayəti törədənin ən ağır cəzası bütün İslam alimlərinin yekdil istəyidir

Operativtv.com Maide.Az-a istinadən xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İsveçdə Quranın təhqir olunmasına etiraz bəyanatında bildirib.
Ali Rəhbərin etiraz bəyanatında bildirilir:
"Allahın adı ilə! İsveçdə müqəddəs Qurani-Kərimə cəsarət etmək acı, məkirli və təhlükəli hadisədir. Bu cinayəti törədənin ən ağır cəzası bütün İslam alimlərinin yekdil istəyidir. İsveç hökuməti də bilməlidir ki, cinayətkarı dəstəkləməklə İslam dünyasına qarşı müharibə mövqeyi tutmuş, müsəlman xalqların və onların hökumətlərinin bir çoxunun nifrət və düşmənçiliyini özünə cəlb etmişdir.
Həmin hökumətin vəzifəsi cinayəti törədəni İslam ölkələrinin məhkəmə sistemlərinə təslim etməkdir. Pərdə arxasındakı çirkli plan cızanlar da bilməlidirlər ki, Qurani-Kərimin hörmət və şövkəti gündən-günə daha da artacaq və onun hidayət işıqları daha da parlayacaq. Bu kimi fitnələr və onu törədənlər gündən-günə artan parlaqlığın qarşısını ala bilməyəcək qədər kiçikdirlər. Allah Öz işində qalibdir!"