Bazar ertəsi axşam radələrində Brüsseldə naməlum şəxs küçədə insanlara atəş açıb. Hadisə nəticəsində iki nəfərin öldüyü bildirilir.
Toplum TV "Reuters"-ə istinadən xəbər verir ki, atəş açan şəxs skuterlə qaçıb, hazırda polis onu axtarır.
Yerli mətbuatın yazdığına görə, atışma yerli vaxtla saat 19:15-də Belçika və İsveç futbol komandaları arasında matçın keçirildiyi stadiondan 5 kilometr aralıda baş verib.
Hər iki qurban İsveçin milli rənglərində köynək geyinib. Ehtimal ki, onlar İsveç komandasına azarkeşlik ediblər. İlk hissədən sonra ölənlərin xəbəri çıxandan sonra matç davam etdirilməyib.
Hücum edən şəxs "Facebook"-da videomüraciət yayıb. Orada o, İslam Dövləti terror qruplaşmasının üzvü olduğunu iddia edir və kafirləri öldürməklə öyünür. O deyir ki, dinləri uğrunda canından keçən “müsəlmanların qisasını almaq” üçün iki nəfəri güllələyib. Videonu çəkən şəxs adını da deyir - Slyem Slouma.
Brüssel xüsusi xidmət orqanlarının, prokurorluğun nümayəndələri və Belçikanın daxili işlər və ədliyyə nazirləri böhran mərkəzi yaradıblar. Hazırda istintaq Brüssel prokurorluğunun yurisdiksiyasındadır. Əgər iş terror aktı kimi təsnif edilərsə, onun təhqiqatı federal səviyyəyə çatdırıla bilər.
Belçika hakimiyyəti qətllə bağlı ölkədə terror təhlükəsi səviyyəsini maksimuma qaldırıb.
Brüsseldə naməlum şəxs küçədə atəş açmaqla iki nəfəri öldürüb