Brüssel görüşü: ABŞ Ermənistana 65 milyon dollar, Aİ 270 milyon avro ayıracaq

Tərəflər birgə bəyanatla çıxış ediblər

“Avropa İttifaqı (Aİ) və ABŞ Ermənistan və region üçün sabit, dinc, təhlükəsiz, demokratik və firavan gələcəyi dəstəkləyir”.

Bu fikir Ermənistan, Avropa İttifaqı və ABŞ-ın rəsmilərinin 5 aprel görüşü ilə bağlı bəyanatda əks olunub.

Qeyd olunur ki, siyasi islahatlar, iqtisadi inkişaf və humanitar yardım kimi əsas sahələr də daxil olmaqla, Ermənistanın dayanıqlığının gücləndirilməsinə yönəlmiş əməkdaşlığı genişləndirməyi hədəfləyirlər:

“Biz mobillik, idarəetmə, hüquq-mühafizə, ticarət, rabitə, kənd təsərrüfatı, enerji və texnologiya kimi sahələrdə tərəfdaşlığımızı genişləndirməyə çalışacağıq. Bu əsas sahələri dəstəkləmək üçün Avropa İttifaqı və ABŞ Ermənistanla daha sıx əməkdaşlıq etməyi planlaşdırır”.

Bəyanatda Aİ-nin Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi yolu ilə Ermənistanı islahatlar yolunda dəstəkləməyə davam edəcəyi vurğulanır:

“İslahatları təşviq etmək və bütün sektorlarda əməkdaşlığı genişləndirmək üçün Aİ və Ermənistan yeni tərəfdaşlıq proqramının həyata keçirilməsində irəliləyişi təmin edəcəklər”.

https://t.me/Tehlil_Tenqid_tv