BMT Qəzzada öldürülən üzvləri ilə bağlı bayrağını yarıya qədər endirib

Qəzza zolağında həlak olanların xatirəsinə hörmət əlaməti olaraq BMT-nin Baş Qərargahında təşkilatın bayrağı yarıya qədər endirilib.

Bu barədə BMT məlumat yayıb .

"Son həftələrdə Qəzzada öldürülən həmkarlarımıza yas saxlamaq və onlara hörmət əlaməti olaraq bazar ertəsi günü dünyanın müxtəlif yerlərində yerləşən ofislərimizdə və Baş Qərargahda BMT bayraqları yarıya qədər endirilir.

Mülki şəxslər və humanitar yardım əməkdaşları hədəf deyil", - paylaşımda bildirilir.