Blinken Mərkəzi Asiyaya səfər edir

ABŞ-nin dövlət katibi Entoni Blinken Mərkəzi Asiyaya yola düşüb.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki,  o, bu barədə  "Twitter" hesabında məlumat paylaşıb. "Bu gün Qazaxıstan, Özbəkistan və Hindistana səfərə çıxıram. Bu mənim, dövlət katibi kimi, Qazaxıstan və Özbəkistana ilk səfərim olacaq və mən bizim Mərkəzi Asiyadakı tərəfdaşlıq münasibətlərinin gələcək inkişafını səbirsizliklə gözləyirəm. Oradan “G20” XİN başçılarının müşavirəsində iştirak etmək üçün Hindistana yola düşəcəyəm”, - diplomat qeyd edib.