Bu gün (bazar ertəsi) 14-cü hökumət başçısı Məsud Pezeşkiyanın ilk mətbuat konfransı İslam ölkələri sammitinin zalında yerli və xarici mediadan 300-dən çox jurnalistin iştirakı ilə başlayıb.
İran Prezidenti Məsud Pezeşkiyanın bu mətbuat konfransında çıxışının ən mühüm məqamları bunlardır:
Sanksiyaların aradan qaldırılmasına gəlincə, bizim FATF məsələsini həll etməkdən başqa çarəmiz yoxdur. Məqsədliliyi Müəyyənetmə Şurasına da FATF müzakirəsini yenidən açmaq üçün mütləq məktub yazacam ki, biz onu həll edə bilək və bu məsələ həll edilməlidir.
- Xarici məsələlərə gəlincə, biz ilk növbədə və prioritet olaraq qonşu dövlətlərlə münasibətlərimizi yaxşılaşdırmağa çalışırıq.
- Biz xarici diplomatiyanı mütləq izzət, müdriklik və məqsədəuyğunluq əsasında həyata keçirəcəyik.
- Əlaqələrimizin çoxu Çin, Rusiya və qonşu ölkələrlədir. Çinin problemlərin həlli üçün Səudiyyə Ərəbistanı ilə aramızda olan vasitəçiliklə bağlı gördüyü işlər regionda koordinasiya üçün böyük addımdır.
- İran və Çin arasında 25 illik ortaq razılaşmanın həyata keçirilməsinə ehtiyac var. Mən Prezident kimi qərarlıyam ki, imza olunanlar və icra olunmalı məsələlərin, icra olunmamasının səbəbini araşdıraq ki, həyata keçirilsin.
- Biz Çinlə mütləq tam strateji tərəfdaş olacağıq, bu tərəfdaşlığı gücləndirəcəyik. Birgə quracağımız növbəti əlaqələrdə imza olunanları həyata keçirməyə və əməkdaşlığı artırmağa çalışacağıq.
Həmişə zehnimdə olub ki, niyə biz müsəlmanların davranışı elə olmasın ki, başqaları bizim bir-birimizlə münasibətimizə həsrətlə baxsınlar. Allahın Rəsulu (s) buyurur ki, təkcə möminlər deyil, siz müsəlmanlar hamınız qardaşsınız. Niyə bizim aramızda sərhəd olmalıdır? Onların öz hökuməti və iqtidarı var, bizim də öz hökumətimiz və iqtidarımız var. Nə üçün Pakistanda, Əfqanıstanda, Qazaxıstanda, İranda yaşayanlar qatara rahatca minib Nəcəf, Mədinəyə, Məkkəyə, İstanbula getməsinlər?
- İranda Yəmən Ənsarullahının İsrailə qarşı istifadə etdiyi tipli hipersəs raketlərimiz yoxdur. İnsan qüvvəsinin Yəmənə yola salınması bir həftə gecikdiyi halda raket ora necə getdi və bunu görmədilər?
- Yəmənlilərin müqavimət göstərmək üçün güclənməsi bir günün, bir həftənin, bir ilin, iki ilin işi deyil. Bir illik müharibə ilində də bu texnologiyanı əldə etmək mümkün deyil. Biz birlik göstəririk, bir-birimizə kömək edirik, soyqırım törədən İsrailə etiraz edirik və ortaq baxış nöqtəmiz var.
- Dünyanın gözü qarşısında İsrail soyqırım edir və heç kim etiraz etmir. Əgər Qərb İsrailin təhlükəsizliyinə görə narahatdırsa, niyə Qəzzə və Fələstinə görə narahat deyil? Dünya imkan verməməlidir ki, bir qrup öz gücü və başqa güclərin dəstəyi ilə günahsız insanları məhv etsin, sonra da İranın onlara raketlər verdiyindən narahat olsun.
- Qərb bilir ki, İran ümumiyyətlə Yəmənə raket göndərə bilməz. Bizim raket gücümüz var, amma Yəmənə raket vermirik. Yəmən müharibədən əvvəl raket istehsalı texnologiyasını öyrənmişdi və onları istehsal edirdi.
- Mənim əqidə və inancım budur ki, biz qardaşıq. Niyə bir-birimizlə gediş-gəlişimiz olmasın? Niyə aramızda ixtilaf olmalıdır? Bizi bir-birimizə yaxınlaşdıra biləcək hər hansı bir hərəkəti mən şəxsən alqışlayıram. Həzrət Əli (ə) vəsiyyətində buyurmuşdur ki, bizim müsəlmanlar arasındakı bir ixtilafı həll edə bilməyimiz illərlə namaz və orucdan daha üstündür. Bu, bizim də inancımızdır. İstər Səudiyyə Ərəbistanı, istər Misir, istər İordaniya, istərsə də bütün İslam ölkələri ilə əlaqələrimizi gücləndirməyə çalışacağıq.
- Bizim bir-birimizlə əlaqə saxlamağımızı istəməyənlər qlobal güclərdir. Biz nüvə silahı ardınca deyilik, bizi təhdid edən onlardır.
- Qüdrətə qarşı gücümüz olmalıdır ki, qala bilək. Xalqımızın və ölkənin təhlükəsizliyini qorumaq üçün bizə müdafiə gücü lazımdır. Biz heç vaxt heç bir müharibəyə başlamamışıq. Siz son 200 ilə baxın. Hər kəs tərksilah olunmasa, xalqımızı müdafiə etmək üçün müdafiə gücümüzü əldən verməyəcəyik.
- Hamımız birləşməliyik, ixtilaf etməməliyik, hər kəsə haqqını verməliyik, ədalətli olmalıyıq, qonşularımızla da eyni sözü deyirik, dialoq ardıncayıq və heç bir ölkə ilə münaqişəmiz yoxdur.
- Rusiya, Çin və qəddar sanksiyaların tətbiqi zamanı xalqımıza kömək edən ölkələrlə münasibətlərimiz çox yaxşıdır və bu əməkdaşlığı güclü şəkildə davam etdirəcəyik. Dünya ilə danışığa girməyimiz, barışmağımız, sövdələşməyimiz dostlarımızı unutmaq demək deyil.
- Rusiya bizim qonşumuzdur və bizimlə yaxşı iqtisadi, sosial və strateji münasibətlərə malikdir. Bu görüşlər şəhid Rəisinin və Xarici İşlər Nazirliyinin qəbul etdikləri qərarları və baxışları daha operativ və təsirli edə bilər.
- Əminəm ki, BRİKS və region ölkələri ilə qarşılıqlı münasibətlərimiz olsa, bizə qarşı tətbiq edilən qəddar sanksiyalar təsirli olmayacaq.
- Başqaları ilə ixtilafımızın olmasını və münasibətləri kəsməyi sevmirik, amma kiminsə bizilə güc dili ilə danışmasını və güc yükünün altına girməyi də sevmirik.
- Amerikaya səfər planlaşdırırıq. Özümüzü bu görüşdə səmərəli iştirak etməyə hazırlamalıyıq ki, ölkəmizin xalqının hüquqlarını müdafiə edə bilək. Çünki biz müharibə axtaran yox, sülhsevərik.
- ABŞ prezidenti ilə görüşünün mümkünlüyü ilə bağlı suala cavab verən Prezident bildirib: Onlar öz qardaşlıqlarını sübut etməlidirlər ki, görək öhdəliklərinə sadiq qalıblar, ya yox. Çünki onlar bütün yolları üzərimizə bağlayıblar. Amerikalılar bizə düşmən olmadıqlarını göstərməlidirlər. Biz onların ölkəsi ətrafında baza qurmamışıq və onlara embarqo qoymamışıq, əksinə, biz Amerikanın xalqı ilə qardaşıq.
Biz müsəlmanlar bir olsaq, israillilər Qəzzə əhalisi ilə güc dili ilə danışa bilməzlər.
İranın Prezidentin 300-dən çox yerli və xarici jurnalistin iştirakı ilə ilk mətbuat konfransı bir neçə dəqiqə əvvəl başlayıb.