Beynəlxalq Ədalət Məhkəməsindən "Rifah" qərarı

Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) İsrailə Rəfaha hərbi hücumlarını dayandırmağı əmr edib.

Beynəlxalq Məhkəmə Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işində İsrailin Rəfaha qarşı hərbi əməliyyatlarının dayandırılması da daxil olmaqla əlavə ehtiyat tədbirləri tələbləri ilə bağlı qərarını açıqlayıb.

Məhkəmənin sədri, livanlı hakim Nəvaf Salam açıq iclasda məhkəmənin qərarlarını oxuyub.

Qərarda 26 yanvar qərarından sonra Qəzzada vəziyyətin xüsusilə qidaya çıxış və humanitar vəziyyət baxımından ciddi şəkildə pisləşdiyi və İsrailin Rəfaha hücumlarının davam edəcəyi təqdirdə humanitar vəziyyətin fəlakətli həddə çatacağı bildirilib.

İsrailin hücumları altında Qəzzada humanitar vəziyyətin pisləşdiyini və yeni ehtiyat tədbirlərinə ehtiyac olduğunu bəyan edən məhkəmə İsrailə Rəfah şəhərinə hərbi hücumlarını dərhal dayandırmağı əmr edib.

İkincisi, şura İsraildən istəyib ki, Qəzzada təcili ehtiyac duyulan xidmətlər və humanitar yardımlar heç bir maneə olmadan təmin oluna bilməsi üçün Rəfah sərhəd qapısını açıq saxlasın.

Beynəlxalq Ədliyyə Məhkəməsi həmçinin İsraildən soyqırım iddialarını araşdırmaq üçün BMT-nin səlahiyyətli orqanları tərəfindən təyin edilmiş ekspertlərin Qəzza zolağına maneəsiz çıxışını təmin etmək üçün təsirli tədbirlər görməsini istəyib və İsrailin bir ay ərzində görüləcək bütün tədbirlərlə bağlı Məhkəməyə hesabat təqdim etməsi barədə qərar verib.