İtaliya polisi HƏMAS ilə əlaqəli olduğu güman edilən doqquz nəfəri saxlayıb. 8 milyon avro dəyərində aktivlər müsadirə edilib.
Şübhəlilər HƏMAS-ın bir hissəsi olmaqda və hərəkatı fəal şəkildə maliyyələşdirməkdə ittiham olunurlar.
İtaliya hakimiyyəti toplanan vəsaitin Fələstindəki humanitar ehtiyaclar üçün deyil, HƏMAS-a silah dəstəyi üçün istifadə edildiyini iddia edib.
İtaliya hücrəsində əsas fiqur hesab edilən Məhəmməd Hannunun ianələrin 71%-dən çoxunu HƏMAS-ın hərbi qanadı tərəfindən idarə olunan strukturlara yönəltdiyi bildirilir.
Həmçinin, beynəlxalq bank nəzarətindən yayınmaq üçün "Qızıl günbəz" adlı birlik kimi yeni adların yaradıldığı iddia edilib.
Xatırladaq ki, 7 oktyabr 2023-cü ildən sonra başlayan istintaq Hollandiya və İsrail hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində aparılıb. Vəsaitlərin birbaşa alıcıları arasında Qəzzadakı HƏMAS hökumətinin keçmiş naziri Usamə Əlisəvi kimi fiqurlar da var.
Həmçinin iddia edilir ki, pul intihar hücumlarında iştirak edənlərin ailələrini dəstəkləmək üçün istifadə edilib.
İtaliyada "Həmas ianələri"ni hədəf alan əməliyyat: 8 milyon avro müsadirə edilib