Bayden Netanyahu və Abbasla görüşüb

 

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla görüşüb.

Netanyahunun ofisindən verilən açıqlamaya görə, sionist rejimin baş naziri Baydenə bildirib ki, Həmas ilə müharibədə birlik və qətiyyət lazımdır. O, Baydenə verdiyi dəstəyə görə təşəkkürünü bildirilib.

Mahmud Abbasın ofisindən verilən açıqlamaya görə, Fələstin lideri Baydenə vurğulayıb ki, o, Qəzzə əhalisinin bölgəni tərk etməsinə tamamilə qarşıdır, sionist rejim Qəzzə zolağında beynəlxalq humanitar qanunlara əməl etməli və bombardmanları bu bölgədə həyata keçirilməyi dayandırmalıdır.

Abbas həmçinin Qəzza zolağında fövqəladə humanitar dəhlizlərin açılmasının, oradakı vətəndaşların əsas ləvazimat və dərmanlarla təmin edilməsinin, su, elektrik və yanacaq çatdırılmasının, eləcə də əhalinin Qəzza zolağından köçürülməsi siyasətindən tamamilə imtina edilməsinin vacibliyini vurğulayıb.

Bu iki görüşdən sonra Ağ Ev bəyan edib ki, Bayden Netanyahu ilə görüşündə İsraili dəstəklədiyini təkrarlayıb.

Sionist rejim ilə Fələstin arasında oktyabrın 7-də başlayan münaqişənin ilk dəqiqələrindən bəri Bayden tez-tez sionist rejimə dəstəyini ifadə edib.