Noyabrın 14-də Bakıda HƏMAS saxladığı İsrail vətəndaşlarının azadlığa buraxılması çağırışı ilə aksiya təşkil edilib. Bu barədə İsrailin Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat verib.
Aksiyada bir sıra ölkələrin Bakıdakı səfirlikləri, həmçinin Azərbaycan parlamentinin üzvləri iştirak edib. Orada girovluqda olan israilli uşaqların fotoları nümayiş etdirilib və uşaq ayaqqabıları düzülüb. İşrirakçılar havaya qırmızı rəngli şarlar buraxmaqla onlara dəstəklərini ifadə ediblər.
HƏMAS oktyabrın 7-də İsrailin cənubuna hücum edərək 240-dək adamı girov götürüb, 1400 nəfəri öldürüb. İsrail buna cavab olaraq Qəzzaya hücuma başlayıb. İsrailin hücumu nəticəsində Qəzzada 4 min 630-u uşaq, 3 min 130-u qadın olmaqla ölənlərin sayı 11 min 240 nəfərə çatıb. Görəsən 240 girovun müqabilində Fələstində öldürülən 4500-dən çox uşağım şəkilləri əraziyə vurularsa mövcud yer buna kifayət edərmi? Bəlkə bu şarlar öldürülən körpələr üçün buraxılması daha doğru olardı?!
Bakıda İsrail səfirliyi aksiya keçirib; 240 girov müqabilində 4500-çox öldürülən fələstinli körpələr