Bakı şəhərində obyektdə yanğın başlayıb

Bakı şəhəri, Suraxanı rayonu ərazisində bir obyektdə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Məlumata görə, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Lakin hansı obyektin yandığı barədə ətraflı məlumat verilmir.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 14:55 radələrində Suraxanı rayonu ərazindəki obyektdə yanğın səbəbilə çağırış daxil olub:
“İndiyədək 1 nəfərə yerində tibbi yardım göstərilib. Təcili tibbi yardım briqadaları hadisə yerindədir”
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən isə bildirilib ki, Suraxanı rayonunda baş verən yanğın səbəbindən A.Rzayev küçəsi və Zığ şosesi - Hava limanı yolu istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.
 
 
AzadlıqRadiosu