Bağdadinin yaxın dostu, 700 nəfərin qatili ələ keçdi

İŞİD terror qruplaşmasının Suriyanın Deyr əz-Zor bölgəsi üzrə əmiri və 3 yüksək vəzifəli İŞİD-çi Türkiyənin İzmir şəhərində ələ keçirilib.
 
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmirdə təhlükəsizlik və xüsusi xidmət orqanları İŞİD-ə qarşı əməliyyat keçirilib. 
 
Əməliyyat zamanı 700-ə qədər suriyalını öldürməkdə ittiham olunan və Bağdadinin yaxın dostu olduğu iddia edilən K.E.H. ələ keçib.
 
Onun dəfələrlə toplu qətliam videolarında görüntüləndiyi məlum olub.