Azərbaycan xarici dövlət borcunu 10 milyard dollara çatdıra bilər. Bu barədə mayın 23-də maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "2023-cü il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsinin müzakirəsi zamanı danışıb.
Nazir bildirib ki, hazırda bu borc 5.5 milyard dollar təşkil edir.
"Bizim xarici dövlət borcumuz kifayət qədər aşağı səviyyədədir... Bu il də bir qədər ödənişlərimiz olacaq. Bu bizə imkan verir ki, xarici valyutada mühafizəkar borclanma apararaq, eyni zamanda ölkəmiz qarşısında duran böyük infrastruktur layihələrini icra edək", - S.Şərifov vurğulayıb.
Azərbaycanın maliyyə ehtiyatlarının 70 milyard ABŞ dollarına yaxınlaşdığı bildirilir. Amma ölkədə neft hasilatı azalır. Belə olan halda, xarici borclanmanı artırmaq nə dərəcədə düzdür?
"Sərfəli şərtlər ilə kredit götürə biliriksə..."
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, xarici borc arta bilər, amma bu, baş verəcəksə, kreditlər Azərbaycan üçün ən sərfəli faizlər ilə götürüləcək: "Belə ehtimal var. Əgər biz qızıl-valyuta ehtiyatlarımızdan əldə etdiyimiz gəlirlərə nisbətdə sərfəli şərtlər ilə krediti götürə biliriksə, niyə də bunu etməyək? Yəni, biz öz qızıl-valyuta ehtiyatımızdan 3.5-4.5 faiz qazanırıq, onları müxtəlif səhmlərə və digər gəlirli layihələrə yatırım edirik. Bunun fonunda 2 faizlik kredit götürürüksə, bizə sərf edir".
Deputat qeyd edib ki, dövlətin çox böyük planları var: "Bu planlar xüsusilə Qarabağ ilə bağlıdır. Digər layihələr ilə də bağlı planlarımız var. Onları reallaşdırmalıyıq".
"Tendensiyanın özü təhlükəlidir"
İqtisadçı Natiq Cəfərlinin isə AzadlıqRadiosuna deməsinə görə, bu, faktiki olaraq onun etirafıdır ki, ölkənin gəlirləri azalır və yaxın gələcəkdə hökumət gəlirlərin artırılması yollarını tapa bilmir: "Neft hasilatının azalması və qaz gəlirləri ilə bağlı gözləntilərin özünü doğrultmaması hökuməti ən azından məcbur etməli idi ki, iqtisadiyyatı başqa yönlərdən canlandırsınlar. Bununla ixracat, daxili istehsal artsın və ölkə daha çox pul qazansın. Təəssüf ki, bunu görmədik".
Onun sözlərinə görə, ölkənin gəlirləri azalmağa davam edəcək: "Paralel olaraq xərclərimiz də kəskin şəkildə artır. İşğaldan azad olunmuş torpaqlara bu il də daxil olmaqla 14.5 milyard manat vəsait qoyulduğu deyilir. 2030-cu ilə qədər əlavə 60 milyard manata ehtiyac olduğu söylənilir. Bu vəsaitə isə çıxış imkanları məhduddur".
N.Cəfərli hesab edir ki, ona görə də yeganə yol xarici borclanmanın artırılması qalır: "Amma bunu da demək lazımdır ki, hökumətin bu yöndə daha rahat davranmasına, hələ ki, fürsəti var. Azərbaycanın xarici borcu Avropa ölkələrinə də baxanda kifayət qədər komfortlu səviyyədədir".
Ancaq iqtisadçının fikrincə, tendensiyanın özü təhlükəlidir: "Ona görə ki, hökumət sanki daxili resurslar, daxili istehsal və ixrac hesabına Azərbaycanın gəlirlərinin artacağına ümidini itirib deyə, əsas fokusunu xarici borclanmaya yönəldib. Bu davam edəcəksə, qarantiya yoxdur ki, yaxın gələcəkdə borclanmanı daha iki dəfə artırmaq qərarına gəlməyəcəklər. Bu isə o deməkdir ki, Azərbaycan əhalisi işləyib vergilərini öz gələcəyini yaxşılaşdırmaq üçün yox, xarici borcunu geri qaytarmaq üçün ödəyəcək".
AzadlıqRadiosu
Azərbaycan xarici borclanmanı iki dəfə artıra bilər: 'Tendensiya təhlükəlidir'