Azərbaycan bu il 17 ölkəyə 1,2 mlrd. manatlıq neft ixrac edib

Cari ilin yanvar-mart aylarında Azərbaycan İtaliyaya 1 233 891,32 min ABŞ dolları dəyərində 1 930 858,25 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

Dövlət Gömrük Komitəsinin hesabatına görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə bu ölkəyə 621 083,92 min dollar dəyərində 1 021 917,3 ton neft ixrac edilib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Cari ilin yanvar-mart aylarında bu ölkəyə 454 380,81 min dollar 712 883,74 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 17 ölkəyə 3 490 147,94 min dollarlıq 5 600 505,94 ton neft ixrac edib.

"APA-Economics" Azərbaycanın cari ilin yanvar-mart aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (həcminə görə) təqdim edir:

 

Ölkələr

Miqdar (ton)

Statistik

dəyər ($, min)

Cəmi

5 600 505.94

3 490 147.94

1.

İtaliya

1 930 858.25

1 233 891.32

2.

İsrail

1 021 917.3

621 083.92

3.

Hindistan

712 883.74

454 380.81

4.

Almaniya

351 370.07

233 027.35

5.

Tailand

327 013.52

203 153.46

6.

Tunis

192 559.55

119 524.87

7.

Çexiya

170 345.68

98 132.27

8.

Portuqaliya

170 137.97

104 135.42

9.

Rumıniya

165 537.88

92 295.63

10.

Türkiyə

114 020.8

61 790.42

11.

Polşa

90 150.5

57 363.56

12.

Fransa

89 712.83

57 085.07

13.

İndoneziya

86 721.65

52 551.84

14.

Xorvatiya

79 271.5

50 441.15

15.

İspaniya

76 534.64

39 881.49

16.

Böyük Britaniya

20 576.85

10 975.28

17.

Özbəkistan

893.2

434.09