İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei zəvvarlara göndərdiyi mesajda sionist rejim və onun havadarlarına, xüsusilə də ABŞ-a bəraət verilməsinin vacibliyini vurğulayıb.
İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei hər il olduğu kimi bu il də haccın vacibliyini yerinə yetirən zəvvarlara müraciət ünvanlayıb.
Ayətullah Xamenei zəvvarlara göndərdiyi mesajda Qəzzada baş verən hadisələrə toxunaraq, “Builki bəraət mərasimi Hacc mövsümündən sonra, dünyanın müxtəlif ölkələrində müsəlmanların yaşadığı ölkə və şəhərlərdə davam etdirilməlidir” deyib.
O, mesajında sionist rejimin Qəzzada törətdiyi vəhşi cinayətlərə diqqət çəkərək deyib: “Bəraət məsələsi bu il ötən illərdən daha vacibdir. Çünki Qəzzada baş verən faciələr heç bir fərd, partiya, hökumət və ya məzhəb üçün tolerantlığa yer qoymadı. Bu bəraət xalqların və hökumətlərin sözlərində və əməllərində özünü göstərməli, cəlladları və onların ardıcıllarını pis günə qoymalıdır.”
Ayətullah Xamenei Fələstinin və Qəzzanın səbirli və məzlum xalqının müqavimətini yüksək qiymətləndirərək, bu müqavimətin hərtərəfli dəstəklənməli olduğunu vurğulayıb.
Ayətullah Xameneinin “ABŞ və İsraildən bəraət” vurğusu