Ayətullah Xamenei: ABŞ və Sionist rejimə Qəzza xalqının qətliamını dayandırmaq üçün siyasi təzyiqlər artırılmalıdır

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün İraqın baş naziri Məhəmməd əl-Sudani və onu müşayiət edən nümayəndə heyətini qəbul edib.
Operativtv.com Maide.az-a istinadən xəbər verir ki, Ali Rəhbər görüşdə İraq hökuməti və xalqının Qəzza xalqını dəstəkləməkdə göstərdiyi mövqeyə görə təşəkkürünü bildirib və müsəlman ölkələrinin ABŞ və Sionist rejimə Qəzza xalqının qətliamını dayandırmaq üçün siyasi təzyiqlərinin artırılması zərurətini vurğulayıb.
Ayətullah Xamenei bildirib ki, İraq regionda mühüm ölkə olaraq, bu sahədə xüsusi rol oynaya, ərəb və İslam dünyasında yeni bir xətt yarada bilər.
Ali Rəhbər Qəzzanın acınacaqlı vəziyyətinə və bütün azad insanların qəlblərinin bu cinayət və vəhşiliklərdən yaralanmasına toxunaraq qeyd edib: "Sionist rejimin hücumlarının ilk günlərindən bütün dəlil və şahidlər amerikalıların birbaşa iştirakına dəlalət edirdi. "Müharibənin idarə edilməsində və bu müharibədə baş verənlərdə Amerikanın Sionist rejimin cinayətlərində bilavasitə rolu getdikcə daha aydın görünür."
Ali Rəhbər bildirib ki, Amerikadan hərbi və siyasi yardım olmasa, Sionist rejim işini davam etdirə bilməyəcək. "Amerikalılar Qəzzada baş verən cinayətlərdə həqiqətən sionistlərin ortaqlarıdır."
Ayətullah Xamenei bildirib ki, Qəzzada həyata keçirilən bütün qətllərə baxmayaraq, Sionist rejim bu günə kimi bu hadisədə sözün əsl mənasında məğlubiyyətə uğrayıb; çünki itirdiyi nüfuzunu bərpa edə bilməyib və gələcəkdə də edə bilməyəcək.
Ali Rəhbər Qəzzada bombardmanların dayandırılması üçün Amerika və Sionist rejimə qarşı siyasi təzyiqlərin artırılması üçün hərtərəfli səy göstərilməsinin vacibliyini vurğulayıb." İran İslam Respublikası və İraq bu işdə rol və təsir oynaya bilər."
Ayətullah Xamenei İran və İraqın iqtisadiyyat və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığına da toxunub: "Allaha şükürlər olsun ki, işlər irəliləyir, lakin ilkin motivasiya ilə razılaşmaların təqibinə davam etmək və ləngiməmək üçün diqqətli olmaq lazımdır."