Avstraliya hərbçilərinin Əfqanıstandakı dəhşətli cinayətləri üzə çıxdı

Avstraliyada 41 yaşlı keçmiş hərbçi həbs edilib.

Operativtv.com Az.shafaqna.com-a istinadən xəbər verir ki, Əfqanıstandakı Qərb missiyasında iştirak edən eks-əsgər bilərəkdən dinc insanların qətlə yetirilməsində ittiham edilir.

Onun həbsi 2-illik araşdırmanın nəticəsi olub. Araşdırma Avstraliya Elit Hərbi Kontingentinin Əfqanıstanda 39 dinc sakin və hərbi əsirlərin qətlində əlinin olduğunu aşkar edib.

Hazırda silahlı qüvvələrin veteranına qarşı hərbi cinayətlərlə bağlı ittihamlar irəli sürüb. O, azadlıqdan ömürlük məhrum edilə bilər.

2020-ci ildə başladılan araşdırma Avstraliya hərbçilər tərəfindən törədilmiş kütləvi güllələmə, kimin daha çox insan öldürəcəyi ilə bağlı “yarışların” olması, işgəncə vermək faktlarını müəyyən edib.

Araşdırma müəllifləri polisə 19 nəfərin barəsndə yoxlama başlatmağı məsləhət görüb. İlk müttəhimin həbsi 2005-2016-cı illərdə Əfqanıstanda fəaliyyət göstərmiş avstraliyalı hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi məsələsində “start” nöqtəsi oldu.