İşi araşdırılanlar arasında vəkil, prezidentin sabiq işlər müdiri də var
Avropa Məhkəməsi bir neçə iş üzrə kommunikasiya başlayıb. Bu barədə vəkil Fariz Namazlı öz “Facebook” səhifəsində məlumat paylaşıb. Kommunikasiyası başlanan işlər arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Turan İbrahimovun 7 gün, D18 Hərəkatının üzvü Qadir Ağakişiyevin 1 ay inzibati həbsə məruz qalması, eləcə də “Azadlıq” qəzetinin yazarı Seymur Həzinin xuliqanlıqla məhkum edilməsi, dindar Sərdar Babayevin barəsində həbs-qətimkan tədbirinin seçilməsi, jurnalist İzolda Ağayevanın Ukraynadan qayıdarkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılaraq səhərə qədər orada saxlanılması daxildir.
Bundan başqa Əfqan Məmmədovun Vəkillər Kollegiyasından çıxarılması, prezidentin sabiq işlər müdiri Akif Muradverdiyevin qaçaqmalçılıq ittihamı ilə həbs edilməsi üzrə də kommunikasiya başlanıb.
Avropa Məhkəməsi siyasi fəallarla jurnalistlərin işləri üzrə kommunikasiyaya başlayıb

Oxşar xəbərlər