Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilmiş 20 şikayət üzrə qərarını mayın 3-də elan edib.
Qərar AİHM-in saytında yayımlanıb.
Şikayətçilərin hamısı Azərbaycanda daxili məhkəmələrin qərarlarının icra edilməməsi ilə bağlıdır. Şikayətçilər fiziki və hüquqi şəxslərdir.
Şikayətçilər AİHM-ə şikayətlərində qeyd ediblər ki, daxili məhkəmələrdə onların Avropa Konvensiyasının 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) maddəsində və konvensiyanın 1 saylı Protokolun 1-ci (Mülkiyyət hüququ) maddəsində təminat altına alınan hüquqları pozulub.
AİHM şikayətlərin hamısını təmin edib, şikayətçilərin ədalətli məhkəmə araşdırması və mülkiyyət hüquqlarının pozuntusunu tanıyıb.
Qərarda qeyd edilir ki, şikayətlərə baxılarkən, Azərbaycan hökuməti təklif edib ki, təzminatı ödəmək qarşılığında şikayətlər siyahıdan çıxarılsın, qırar qəbul edilməsin. Ancaq AİHM hökumətin təklifini rədd edib.
Qərara əsasən, Azərbaycan hökuməti şikayətçilərə ümumilikdə 65 min 72 avro ödəməlidir.
Hökumət 13 şikayətçiyə – Mais Rəmixanov, Rafig Abdullayev, Sadıx Sadixov, Ramiz Süleymanov, Natig Bəybalayev, Güloğlan Bədirov, Əbdülhəmid Manafov, Firuza Jafarova, Mahammad Abbasov, Almas Guliyeva, Arzuxanım Əlizadə, Atraba Binnətova və Mahirə Məmmədovanın hər birinə mənəvi zərərə görə, 3 min 600 avro (cəmi 46 min 800) ödəməlidir.
Mənəvi zərərə görə, Halal Şirkətinə 1200, Şaban Rzayevə 900, Azər Qasımova 4 min 700, Qalib Əliyevə 2 min 100, Bəhram Rüstəmova 1500, Nəbi Həsənova isə 1800 avro ədənilməlidir.
Şikayətçilərdən Kamil Əsgərova maddi zərərə görə, 1872 avro, mənəvi zərərə görə isə 1800 avro ödənilməlidir.
Hökumət bundan əlavə, bütün işlər üzrə hüquq məsrəfləri üçün ümumilikdə 2 min 400 avro ödəməlidir.
Turan
Avropa Məhkəməsi Azərbaycanı 65 min cərimələdi

Oxşar xəbərlər