Şikayəti araşdırılan digər ərizəçi Türkiyə vətəndaşı Mustafa Yaşar CEYHAN-dır. O, Türkiyədəki Feto olayları zamanı Azərbaycanda təqibə məruz qalıb, saxlanılıb və Feto hərəkatına mənsub olması əsası ilə iradəsinin ziddinə olaraq Azərbaycandan Türkiyəyə yola salınıb.
M.Ceyhanın vəkilləri iddia edir ki, onun işgəncəyə məruz qalmamaq (Maddə 3), azadlıq və toxunulmazlıq (Maddə 5), səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq (Maddə 13) hüquq və azadlıqlarına müdaxilə edilib.
Bu barədə hüquqşünas Xalid Ağəliyev özünün “Facebook” hesabında məlumat verib
Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş şikayət üzrə kommunikasiyaya başlayıb
Avropa Məhkəməsi Azərbaycandan göndərilmiş 2 şikayət üzrə kommunikasiyaya başlayıb. Kommunikasiya edilən ərizələrdən biri 2016, digəri isə ötən il göndərilib.
Araşdırılan işlərdə ərizəçilərdən biri Fuad Gahramanlidır. O, müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini olarkən facebook-da paylaşdığı ifadələrdən dolayı azadlıqdan məhrum edilmişdi.
Milli məhkəmələr siyasətçini dövlət əleyhinə yönələn açıq çağırışlar və milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması cinayətlərində günahkar bilmişdi. F.Qəhrəmanlı iddia edir ki, dövlət onun Konvensiya ilə təminat altına alınan azadlıq və toxunulmazlıq (Maddə 5), ədalətli məhkəmə araşdırması (Maddə 6) və ifadə azadlığı hüquqlarına müdaxilə edib.

Oxşar xəbərlər