Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, oktyabrın 17-də Azərbaycandan 2008-2015-ci illərdə göndərilmiş 5 şikayət üzrə qərarını açıqlayıb. Məhkəmə həmin 5 şikayəti birləşdirib, birgə qərar verib. Bütün şikayətlər üzrə ərizəçilər “Yahova şahidləri” dini icmasının üzvü və dini rütbəliləridir. Onlar Müşfiq Məmmədov, Samir Hüseynov, Fərid Məmmədov, Fəxrəddin Mirzəyev və Kamran Mirzəyevdir.
Müşfiq Məmmədov və digərləri Azərbaycan qarşı işi üzrə qərarda iddia olunan əsas pozuntuları tanıyıb. AİHM hesab edib ki, milli məhkəmələr ərizəçilərin işinə baxarkən onların Konvensiya ilə təminat altına alınan din azadlığı (Konvensiyanın 9-cu maddəsi) hüquqularına müdaxilə edib.
Qərara əsasən, hökumət ərizəçilərə ümumilikdə 38 min 269 avro ödəməlidir. Qərar qüvvəyə mindikdən sonra Müşfiq Məmmədova mənəvi zərərə əvəzi və hüquq məsrəfləri üçün ümumilikdə 5161 avro, Samir Hüseynova 8830 avro, Fərid Məmmədova 10995 avro, Fəxrəddin Mirzəyevə 9683 avro, Kamran Mirzəyevə isə 360 avro ödənilməlidir.
Qərar həmçinin dövlətin üzərinə ümumi xarakterli tədbirlər görmək vəzifəsi qoyur, söhbət alternativ hərbi xidmətlə bağlı qanunvericiliyin yaradılmasından gedir.
5 azərbaycanlı ərizəçini AİHM-də Böyük Britaniya, Finlandiya, Fransa, Gürcüstan və Avstriyadan olan vəkillər təmsil ediblər.
İşlər haqqında detallı
Ərizəçilərdən Müşfiq Məmmədov 2007-ci ildə Yahova Şahidləri icmasına üzv olub. O, hərbi xidmətə çağırılanda alternativ hərbi xidmət tələb edib, ancaq bu, “Alternativ hərbi xidmət haqqında” qanun qəbul edilmədiyindən nəzərə alınmayıb. M.Məmmədova cinayət işi açılıb, hərbi xidmətdən imtina etdiyi üçün ona 6 ay azadlıqdan məhrumetmə cəzası verilib. Yuxarı məhkəmələr həmin hokmü dəyişməyib. M.Məmmədova eyni əsasla ikinci dəfə də cinayət işi açılıb, o, 2009-cu ildə 250 manat cərimə edilib. Digər ərizəçi Samir Hüseynovun məhkəmə işi də oxşardır. Rusiyadan Azərbycana gələn ərizəçiyə hərbi xidmətdən imtina etməsinə görə cinayət işi açılıb. Goranboy məhkəməsi onu 10 ay azadlıqdan məhrum edib. Məhkəmə qərarını belə əsaslandırıb ki, ərizəçi hərbi xidmətin “Yahova şahidləri”nin dini inanclarına qarşı olması barədə dəlillər təqdim edə bilməyib. Yuxarı məhkəmələr hokmü dəyişməyib. Bu 2 ərizəçi iddia edirdi ki, Azərbaycan məhkəmələrinin qərarları onların din azadlığı (Konvensiyanın 9-cu maddəsi), ayrıseçkiliyə məruz qalmamaq (maddə 14) hüquqlarını pozub. M.Məmmədov həmçinin iddia edirdi ki, əmələ görə 2 dəfə cəzalandırılmamaq hüququna (PrNo7, maddə 4) da müdaxilə olunub.
Digər 3 işdə ərizəçilər din azadlığı (Konvensiyanın 9-cu maddəsi) hüquqularına müdaxilə olunduğunu iddia edirdilər. Onlardan biri, Fərid Məmmədov hərbi komissarlığa özü müraciət edib, alternativ xidmət istəmişdi, ancaq ona cinayət işi açılmışdı. Nəsimi rayon Məhkəməsi F.Məmmədovu 9 ay azadlıqdan məhrum edən hökm çıxarmışdı. Dini icma üzvü Fəxrəddin Mirzəyev də alternativ hərbi xidmət istədiyi üçün 1 il (o daha sonar əfv edilib), Kamran Mirzəyev 9 ay azadlıqdan məhrum edilmişdi.
Bu barədə hüquqşünas Xalid Ağəliyev özünün “Facebook” hesabında məlumat verib.
Avropa Məhkəməsi alternativ hərbi xİdmət istəyən 5 vətəndaşı cəzalandırdığı üçün Azərbaycanı cərimələdi

Oxşar xəbərlər