Amiri: Amerika qoşunlarının İraqdan çıxarılmasında tərəddüd yoxdur

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, İraq Parlamenti Fəth Koalisiyasının rəhbəri açıqlamasında deyib: "Biz İraqda qalan Amerika qüvvələrinə səssiz qalmayacağıq".

Hadi əl-Amiri vurğulayıb ki, İmam Əli (ə) batalyonu bu ölkədə aparılan azadlıq əməliyyatlarında mühüm rol oynayır. “Bir neçə il əvvəl hər kəs İŞİD-in bütün İraqa hakim kəsiləcəyini düşünürdü, lakin bu layihə də şiə hakimiyyətinin fətvası sayəsində iflasa uğradı” - Fəth Parlament Koalisiyasının rəhbəri bildirib.

Hadi əl-Əmiri İraq xalqının və müqavimətin böyük bir hissəsinin bu fətvanı dəstəklədiyini bildirib və sözlərinə belə davam edib: “İŞİD-lə mübarizədə şəhid Qasım Süleymaninin komandanlığı altında İran İslam Respublikası İraqa qeyri-məhdud dəstək verib”.

Şəhidlərin qanının bu gün və gələcəkdə İraqın suverenliyinin qarantı olacağını bildirən Əl-Əmiri deyib: “Bütün gücümüzü Şəhid Süleymani və Əbu Mehdi Əl-Mühəndisin yolunda sərf edəcəyik və İraqda qalan Amerika qüvvələrinə qarşı səssiz qalmayacağıq”.

İraqlı siyasətçi açıqlamalarının sonunda deyib: "Xarici qüvvələrin ölkədən çıxarılması təkliflər olmadan fundamental işdir. Suverenliyi qorumaq üçün İraqdan xarici qüvvələrin çıxarılmasında heç bir əks reaksiya və tərəddüd yoxdur".