“Amerika qiyam yolu ilə İraqı məhv etməyə çalışır”

Operativtv.com Rasthaber - ə istinadən xəbər verir ki, Bağdad cümə imamı və İraqın aparıcı alimlərindən biri bəyan edib ki, Amerika iraqlılar arasında fitnə atəşi və mənəvi, iqtisadi fəsad yaymaqla onların ölkələrini məhv etməyə çalışır.

Bağdadda cümə günü Ayətullah Seyid Yasin əl Musəvi İraq xalqının Amerika və müttəfiqlərinin  fitnələrinə qarşı ayıq-sayıq olmalı olduğunu vurğulayaraq deyib: “Amerika 20 ildir ki, iraqlılar arasında fitnə və mənəvi-iqtisadi fəsad yayaraq İraqı məhv etməyə çalışır. Biz strateji olmalı, İraqın maraqlarını şəxsi maraqlarımızdan üstün tutmalı və bunu həmişə nəzərə almalıyıq.

Yaxın Şərq regionu və Afrika qitəsi, Amerika, Asiya və Avropada baş verən proseslər halqa kimi bağlıdır. İraqda nə baş verdiyini bilmək istəyəndə diqqətimizi dünyada baş verən bütün hadisələrə yönəltməliyik. Səddam dövründə vəziyyət tamamilə fərqli idi və İraq, Rusiya, Liviya kimi bütün ölkələrin payı var idi, lakin Sovet İttifaqının dağılmasından sonra ABŞ-ın rəhbərlik etdiyi birqütblü sistem dünyaya hakim oldu.

Bu gün biz Amerikanın başlatdığı üçüncü dünya müharibəsi ilə üz-üzəyik, bu ölkə Ukraynanı silah və hərbi texnika ilə təchiz edərək Rusiya ilə Avropa arasındakı müharibənin komandanlığını öz üzərinə götürüb. Rusiya nüvə silahından istifadə etmək niyyətində olaması Üçüncü Dünya Müharibəsinin başlanğıcı, dünyanın isə sonu deməkdir.

Biz də bu müharibənin bir parçasıyıq. Dolların qiymətindəki dalğalanmalar, İraq mallarının və aktivlərinin blokadaya salınması, Amerika hərbçilərinin İraqda olması və Suriyanın neft, buğda daxil olmaqla sərvətlərinin talanması, Səudiyyə Ərəbistanı kimi Fars körfəzi ölkələrinin Rusiyaya yaxınlaşması, Amerikanın super güc mövqeyini itirdiyini göstərir.

ABŞ iyirmi ildir ki, iraqlılar arasında fitnə və mənəvi - iqtisadi fəsad yaymaqla İraqı məhv etməyə çalışır. Bu səbəbdən İraqın kənd təsərrüfatı və sənaye daxil olmaqla hər sahədə firavan bir ölkə olması üçün düşüncələrimiz strateji olmalı və şəxsi maraqlarımızdan əvvəl İraqın mənafeyini düşünməliyik”.