Amerika demokratiyası Baydenin baxışında

Prezident Co Bayden Vaşinqtonun mühüm müttəfiqinə dəstək göstərmək üçün Tel-Əvivə səfərindən qayıdandan bir gün sonra cümə axşamı Oval Ofisdən çıxışı zamanı Ukrayna və İsrailin müharibə səylərini maliyyələşdirməyə davam etmək üçün Amerika xalqına birbaşa müraciət etdi.

Hər iki münaqişədəki vəhşiliklərə diqqət çəkən Bayden bildirdi ki, HƏMAS və Rusiya prezidenti Vladimir Putin fərqli təhdidləri təmsil etsələr də, onların ortaq cəhəti var.

“Onların hər ikisi qonşu demokratiyanı məhv etmək istəyir,” o dedi.

Hər ikisinin qarşısını almağı vəd edən Bayden vurğuladl ki, “tarix bizə öyrədib ki, terrorçular terrorlarına görə bədəl ödəməyəndə, diktatorlar aqressiyalarına görə bədəl ödəməyəndə, onlar daha çox xaos, ölüm və dağıntıya səbəb olur.”

Qəribəsi odur ki, bir cümlə olsun belə Bayden Qəzzada öldürülənlərə diqqət çəkməyib. Onun terror, xaus dediyi mövzuda hər gün israrla İsrail tərəfindən qəsb edilən Fələstin torpaqları və öldürülən minlərlə fələstinliyə qarşı münasibətlər əksini tapmayıb. Bu isə Amerikanın demokratiya haqqında baxışlarına növbəti nümunədir.