Vəliəhdlə bağlı növbəti iddia: ağır yaralanıb

Səudiyyə vəliəhdi Məhəmməd bin Salman kral sarayına təşkil olunan hücum zamanı ağır yaralanıb.

Axar.az xəbər verir ki, bu iddia ilə Livanın İslam Oyanış Partiyasının baş katibi Məhəmməd əl-Masari kral ailəsi daxilindəki mənbəyə istinadla çıxış edib.

Baş katibin sözlərinə görə, vəliəhd güllə yarası alıb. Yaxın günlərdə isə mətbuatın qarşısına çıxaraq çevriliş cəhdini təkzib etməyə hazırlaşır.

Xatırladaq ki, bir qədər əvvəl vəliəhdin kral sarayına hücum zamanı öldürüldüyü iddia edilmişdi.