Azərbaycanda icra məmurlarına yeni səlahiyyətlər verilir.
Modern.az-ın məlumatına görə, bununla bağlı "İcra məmurları haqqında” qanunun 8-ci maddəsinə (İcra məmurlarının hüquqları) dəyişiklik təklif edilir.
Dəyişikliyə görə, "icra məmuru” sözləri "icra xidmətinin icra məmuru” sözləri ilə əvəz olunur:
Bundan əlavə, qanunun 8-ci maddəsindən "Cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları icra edən icra məmurlarının vəzifə və hüquqları Azərbaycan Respublikasının cəza-icra qanunvericiliyi ilə tənzimlənir” sözləri çıxarılır.
Aşağıdakı müddəalar əlavə edilir:
Probasiya xidməti icra məmurunun Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilən hüquqları ilə yanaşı, aşağıdakı hüquqları vardır:
1. Fəaliyyət istiqamətlərinə uyğun olaraq dövlət qurumlarına hüquqi və fiziki şəxslərə müraciət etmək, sorğular vermək və arayış almaq;
2. Üzərində probasiya nəzarəti həyata keçirilən, lakin oldğu yeri müəyyən edilməyən şəxslərin axtarılması ilə əlaqədar onların yaşayış yerlərinə daxil olmaq, orada baxış keçirmək və ehtimal olunan gizlənə biləcəyi bütün saxlama yerlərini açmaq və baxmaq;
3. Polis və təhlükəsizlik orqanlarının köməyindən istifadə etmək;
4. Qanunla nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silahı tətbiq etmək.
Qanun layihəsinə dəyişikliklər Milli Məclisin iyunun 29-da keçiriləcək növbədənkənar iclasında müzakirə ediləcək.
Azərbaycanda bu məmurlara silah gəzdirməyə icazə verildi
Oxşar xəbərlər