Postda ölü tapılan erməni əsgərin valideynləri onun öldürüldüyünü bildirirlər.
Ordu.az saytına istinadən xəbər verilir ki, bir neçə həftə öncə Ermənistanın şimal-şərqində yerləşən ön xətt mövqelərində, baş nahiyyəsindən aldığı güllə yarasından meyidi aşkar edilən 19 yaşlı Levon Torosyanın ailəsi qarnizon istintaq komitəsinin iddia etdiyi intihar versiyasına inanmırlar.
Mayın 30-da mətbuata verdiyi müsahibədə ölən hərbi qulluqçunun anası, 42 yaşlı Armenuhi Poğosyan bildirib ki, övladı keçən ilin iyul ayında hərbi xidmətə yollanıb.
"Telefonla danışarkən zabitlərin ona qarşı yaxşı davranmadıqlarını həmişə qeyd edərdi. O, ərizə yazaraq Qarabağa göndərilməsini istəyirdi, biz mane olduq. Armavirdə çavuş hazırlığı kursunu bitirmişdi. Kursu bitirdikdən sonra geri hərbi hissəyə qayıtdı. 1 həftə sonra 6 may tarixində oğlüm vəziyyətdə aşkar edildi", - deyə erməni əsgər anası bildirib.
Torosyanın anası, həmin gün telefonla danışarkən qeyri-adi səslər eşitdiyini və əlaqənin kəsildiyini qeyd edib: "Telefonla danışdıqdan sonra, oğlumu amansızlıqla öldürüblər. İlk növbədə onun cinsi orqanlarına zərbə vurduqdan sonra güllələyiblər".
Məlumata görə, həqiqətən də məhkəmə tibbi ekspertizasının rəyinə görə meyitin üzərində zorakılıq əlamətləri olub.
Erməni əsgərin valideynləri işin ədalətli araşdırılması və günahkarların cəzalandırılması məqsədilə Nikol Paşinyana müraciət ediblər. Erməni əsgər anası qeyd edib ki, sonadək mübarizə aparacaq və ən sərt yollara əl atacaq.
"Məsələyə ədalətli baxılmayacağı təqdirdə ən sərt addımlara əl atacam. Hətta Ermənistan vətəndaşlığından imtina edərək, Azərbaycandan sığınacaq da istəyəcəm", - deyə o vurğulayıb.
Xatırladaq ki, bir neçə həftə öncə Ermənistanın şimal-şərqində yerləşən ön xətt mövqelərində, baş nahiyyəsindən aldığı güllə yarasından taşkar edilən 19 yaşlı Levon Torosyan ailənin tək oğlan övladı olub. Onun ailəsi Armavir vilayətinin Bambakaşat kəndində yaşayır.
Öldürülən erməni əsgər anasından etiraz: "Azərbaycandan sığınacaq istəyəcəm"

Oxşar xəbərlər