"ABŞ Suriyaya fosfor bombası atıb" - Rusiya

Rusiyanın silahlı qüvvələri iddia edib ki, Amerika Birləşmiş Ştatları dünən, sentyabrın 9-u Suriyada fosfor bombasından istifadə edib.
 
NTV xəbər verir ki, açıqlamanı Rusiya ordusu yayıb. 
 
İddiaya görə, ABŞ-a məxsus iki F-15 döyüş təyyarəsi İraq sərhədindəki Deyrizor bölgəsinə fosfor bombaları atıb.
 
Bildirilib ki, hava hücumlarının hədəfi "Hacin Köyü" adlı ərazidir.
 
Ərazidə yanğının olduğu baş verdiyi iddia edilir. 
 
Rusiya ordusu ölən və ya yaralananlarla bağlı məlumatsız olduğunu bəyan edib.