ABŞ İrana hücum həyata keçirib

İranın cənubundakı Bəndər Abbas liman şəhərində partlayış baş verib. Bəndər Abbasdakı partlayışlardan sonra Sirik və Cask bölgələrində də partlayışlar baş verdiyi bildirilib.

İranın yarı-rəsmi Fars Xəbər Agentliyi partlayışların səbəbi ilə bağlı hələlik heç bir açıqlama verilmədiyini bildirib.

Partlayışlardan sonra ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Fox News-a Amerika qüvvələrinin İranın cənubunda hava hücumları həyata keçirdiyini təsdiqləyib.

CENTCOM sözçüsü Tim Hokins bildirib:

“ABŞ qüvvələri bu gün İranın cənubunda qoşunlarımızı İran qüvvələrinin yaratdığı təhdidlərdən qorumaq üçün qanuni müdafiə zərbələri endirib. Hədəflər arasında raket buraxılış məntəqələri və mina yerləşdirməyə cəhd edən İran qayıqları var idi. ABŞ Mərkəzi Komandanlığı davam edən atəşkəs dövründə təmkinli olmağa və qüvvələrimizi müdafiə etməyə davam edir.”