"Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq" ənənəvi olaraq növbəti siyasi məhbusların yeni siyahısını dərc edib. Sentyabrın 23-də yayımlanan bu siyahıya 319 nəfərin adı daxil edilib. Ötən siyahıdan fərqli olaraq yeni təqdimatda rəqəmlərdə yenə də artım qeydə alınıb. Bundan öncə bu il iyunun 14-də təqdim edilən siyahısında 303 nəfərin adını daxil eilsə də, yeni siyahıda bu rəqəmlərin enməsi əvəzin artım diqqət çəkib.
10 qrupa bölünən sıralamada yenə də anti-rekorda inanclılar rəhbərlik edir. Siyahıda:
1-ci qrup - jurnalistlər və blogerlər (18 nəfər),
2-ci qrup - hüquq müdafiəçilər (3 nəfər),
3-ci qrup - müxalif partiya və hərəkatların üzvləri (30 nəfər),
4-cü qrup - milli azlıqların fəalları (3 nəfər)
5-ci qrup - müharibə əleyhinə fəallar (2 nəfər)
6-ci qrup - Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər (5 nəfər),
7-ci qrup - dindarlar (227 nəfər),
8-ci qrup - Tərtər işi üzrə məhkum olunanlar (7 nəfər),
9-cü qrup - Gəncə işi üzrə məhkumlar (13 nəfər),
10-ci qrup - ömürlük azadlıqdan məhrum edilənlər (11 nəfər).
Göründüyü kimi 319 nədəflik siyahıda 227 inanclı yer alıb. Bu ötən siyahıda olan inanclı sayından 19 nəfər çoxdur. Baxmayaraq ki, ötən məhbus kateqoriyasına aid iki nəfər - Alik Aslanov və Elşən Abbasovun həbs müddətləri bitdiyi üçün bu siyahıdan çıxarılıb. Lakin bununla belə artım diqqətçəkici qədər çoxdur.
Son illər siyasi məhbusların geniş həbs dalğasına məruz qalması ölkədə siyasi məhbus problemini beynəlxalq təşkilatlarda həyəcan təbili səviyyəsinə qədər yüksəldib. Bu məsələ həllini tapmasa qısa müddətə Azərbaycan siyasi məhbuslar ölkəsinə çevriləcəyi şübhəsizdir.
319 nəfərlik yeni siyasi məhbus siyahısında inanclılar 227 nəfərə yüksəldi