10 ildən sonra Misirdən Türkiyəyə ilk yüksək səviyyəli səfər

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Misirin xarici işlər naziri Sameh Şukri bu gün Türkiyədə rəsmi səfərdədir.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat yayılıb. Bildirilir ki, Misirin xarici işlər naziri Sameh Şukri Kahramanmaraşda baş verən zəlzələlərdən sonra həmrəylik nümayiş etdirmək və başsağlı vermək üçün 27 fevral 2023-cü il tarixində Türkiyədə səfərdə olacaq.

Şükri Türkiyəyə səfəri çərçivəsində başda Adana olmaqla Misirdən yardım gəmisinin gələcəyi Mersin limanına baş çəkəcək. Qonaq nazirin təmasları çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ikitərəfli görüş keçirib.