İyunun 3-də Bakıda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (ASCO) “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda 5 nəfər qazdan zəhərlənərək ölüb, 2 nəfər isə xəstəxanaya yerləşdiriib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi bildirib ki, ASCO-nun “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində qazdan zəhərlənmə səbəbilə çağırış daxil olub.
“5 nəfərin həkiməqədər ölümü qeydə alınıb. Zərərçəkən 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub”, məlumatda qeyd edilir.
Baş Prokurorluğun Mətbuat xidməti bildirilib ki, “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" məlumatında isə. deyilir ki, “Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunun 61 saylı üzən tərsanəsində təmir işləri aparılarkən zavodun 5 əməkdaşı qazdan zəhərlənib.
Məlumatda qeyd olunub ki, üzən tərsanədə işləyən 4 işçidən səs gəlmədiyini görən növbədə duran Namiq Yolçuyev həmkarlarının arxasınca tərsanənin ballastının nasos bölməsinə daxil olub, lakin o da qazdan zəhərlənib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xüsusi briqadası cəlb olunub. Hadisənin baş verdiyi yerdən 5 nəfərin – Tural Səfərəliyevin, Orxan Şahbazovun, Namik Yolçuyevin, Teyyub Ağayevin, Samid Məmmədovun meyiti çıxarılıb.
Amerikanın Səsi
“Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda 5 nəfər qazdan zəhərlənərək ölüb