Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev COP29 konfransının açılış tədbirində həbsdə olan media nümayəndələri ilə bağlı suala cavab verərkən style="box-sizing: border-box; text-decoration-line: none; transition: 0.3s ease-in-out; color: var(--bs-primary) !important; background-color: transparent !important;">bildirib ki, “Sizin dediyiniz şəxslərlə əlaqədar mən konkret rəqəmləri də deyə bilərəm. Burda böyük məbləğdə qanunsuz maliyə dövriyyəsindən söhbət gedir. …. Özlərini media orqanları adlandıran təsisatlar belə qanunsuz maliyyə fırıldaqçılığında iştirak edərək Azərbaycan qanunlarını pozduqlarını dərk etmirlər zatən?”.
“Fakt Yoxla” Prezidentin köməkçisinin açıqlaması ilə həbsdə olan jurnalistlərin təqsirsizlik prezumpsiyası hüququnu pozub-pozmadığını yoxlayıb.
Təqsirsizlik prezumpsiyası hüququ barəsində cinayət mühakimə icraatı və ya inzibati xəta haqqında icraat aparılan şəxslərin təqsirliliyi qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sübut olunmayanadək təqsirsiz hesab edilməsini tələb edir.
Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 63), Cinayət Prosessual Məcəlləsində (maddə 21) və İnzibati Xətalar Məcəlləsində mühakimə icraatının əsas prinsiplərindən biri kimi təsbit olunub. Eləcə də, “Media haqqında” Qanunda mediada dərc olunan məlumatlara dair tələblər arasında müəyyən olunub ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatın dərc edilməsinə yol verilməməlidir (maddə 14.1.14). Həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta (maddə 14, bənd 2) və Ümumdünya İnsan Haqları Bəyannaməsinə (maddə11) görə hər kəs günahkar olduğu qanuni qaydada müəyyən edilməyənə qədər günahsız hesab edilmək hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasında qeyd olunub ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir (maddə 6, bənd 2). Təqsirsizlik prezumpisyası hüququ ədalətli məhkəmə araşdırması hüququnun tərkib elementlərindən biridir və ədalətli cinayət mühakiməsinə xələl gətirilməsinin qarşısını almağa yönəlib.
Cinayət mühakiməsində prosessual təminat kimi baxılan təqsirsizlik prezumpsiyası təqsirləndirilən şəxsin təqsirinin sübutu ilə bağlı yükün ittiham tərəfinə aid olmasını (Telfner Avstriyaya qarşı, 2001, § 15), özünə qarşı ifadə verməməyi (Saunders Birləşmiş Krallıqa qarşı, 1996, § 68), yekun məhkəmə hökmü qanuni qüvvəyə minənənədək təqsirləndirilən şəxs barasində mediada təbliğat aparılmamasını (G.C.P. Rumıniyaya qarşı, 2011, § 46) və birinci instansiya məhkəməsi və ya digər dövlət məmurları tərəfindən təqsirləndirilən şəxsin təqsirinin vaxtından əvvəl ifadə olunmasının yolverilməzliyini əhatə edir. Yəni təqsirsizlik prezumpsiyası təkcə hakim və ya məhkəmə deyil, digər dövlət orqanları tərəfindən də pozula bilər (Allenet de Ribemont Fransaya qarşı, 1995,). Təqsirsizlik prezumpsiyasına görə hətta şəxsin barəsində cinayət törətməsinə dair əsaslı şübhələr olsa belə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa, təqsirsiz hesab olunur və cinayətkar hesab olunmasına yol verilmir.
AİHM Azərbaycana qarşı 10 qərarında təqsirsizlik prezumpsiyasının pozuntusunu tanıyıb. Belə ki, müxtəlif dövlət rəsmiləri icraatda olan cinayət mühakimələri ilə bağlı ictimaiyyəti şübhəli bilinən şəxsin təqsirli olduğuna inandıran bəyanatlar verdiyinə görə Azərbaycan Respublikasının üzərinə təqsirsizlik prezumpsiyasının pozuntusuna görə kompensasiya ödəmək öhdəliyi qoyub və bu cür halların yolverilməz olduğunu vurğulayıb. Məhkəmə qeyd edir ki, təqsirsizlik prezumpsiyası dövlət orqanlarının ictimaiyyətə davam edən cinayət icraatı ilə bağlı məlumat verməsinə əngəl olmur, lakin ictimaiyyətə məlumat verilərkən təqsirsizlik prezumpsiyasının gözlənilməsi üçün bütün lazımi ehtiyat tədbirləri görülməlidir ( Fərhad Əliyev Azərbaycana qarşı). Xədicə İsmayıl Azərbaycana qarşı qərarında isə Məhkəmə bildirib ki, ictimaiyyəti məlumatlandırmaq vəzifəsi şübhəlilərin təqsirsiz hesab olunmaq hüququna hörmət etməklə həyata keçirilməlidir və bu prosesdə bütün mümkün ifadələrə haqq qazandırmaq olmaz. Həmçinin yekun hökm olmadığı halda kiminsə cinayət törətməkdə sadəcə şübhəli bilindiyi barədə bəyanatla sözügedən cinayəti törətdiyi barədə açıq-aydın bəyanat arasında əsaslı fərq qoyulmalıdır.
Məhkəmənin yekun qərarı olmadan dövlət rəsmiləri tərəfindən cinayət törətməkdə şübhəli bilinən şəxsin təqsirli olduğunu bildirən rəsmi bəyanatlar və ya müsahibələr verilməsi həm təqsirləndirilən şəxsin nüfuzuna və ləyaqətinə xələl gətirir, həm də məhkəmələrin həmin cinayət işləri üzrə müstəqil qərar verəcəyini şübhə altına alır. Bununla da, təqsirləndirilən şəxsin barəsində aparılan məhkəmə icraatının ədalətliliyi və müstəqilliyi də şübhə altına alınmış olur. Bunun nəticəsində, ictimaiyyət də təşviq edilə bilər ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətdiyinə inansın.
Azərbaycanda təqsirsizlik prezumpsiyasının tətbiqi ilə bağlı ATƏT-ə təqdim olunan hesabatlarda da dəfələrlə vurğulanıb ki, dövlət rəsmiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri və vətəndaşlar arasında təqsirsizlik prezumpsiyasına hörmətlə yanaşmanı daha da inkişaf etdirmək üçün dövlətin hüquq siyasətində əsaslı islahatlar aparılmalıdır. Bu istiqamətdə hüquqi maarifləndirmə çox vacib rol oynaya bilər və həm hökumət, həm də qeyri-hökumət təşkilatları bu cür proqramlar təsis etməlidirlər.
Azərbaycan Respublikası cinayət və inzibati qanunvericiliyində təqsirsizlik prezumpsiyasının pozulmasına görə hansı məsuliyyətin yaranması ilə bağlı konkret norma nəzərdə tutulmayıb. Buna baxmayaraq, təqsirsizlik prezumpsiyasının pozulduğunu iddia edən şəxslər böhtana görə xüsusi ittiham qaydasında şikayətlə və ya şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi barədə iddiayla mülki qaydada məhkəməyə müraciət edə bilər. Hikmət Hacıyev çıxışında həbsdə olan mediya nümayəndələrinin qanunsuz maliyyə dövriyyəsində və maliyyə fırıldaqçılığında iştirak etdiklərini, hətta bununla bağlı konret rəqəmlər deyə biləcəyini iddia edib. Jurnalistlərin birmənalı şəkildə peşə fəlaiyyətinə görə həbs edilmədiyini vurğulayan Hacıyev onlara qarşı irəli sürülən ittihamların tamamilə qanuni və əsaslı olduğu görüntüsünü yaradıb. O, həmin şəxslərin barəsində qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmamasına və ibtidai istintaqın hazırda davam etməsinə baxmayaraq, təqsirləndirilən şəxsləri ictimaiyyətə böyük məbləğdə qanunsuz maliyyə dövriyyəsində iştirak edən və maliyyə fırıldaqçıları kimi təqdim edib. Göründüyü kimi, Hikmət Hacıyevin jurnalistin sualına cavabda istifadə etdiyi “qanunsuz maliyyə fırıldaqçılığında iştirak edərək Azərbaycan qanunlarını pozduqlarını dərk etmirlər zatən?” ifadəsi təqsirsizlik prezumspsiyası immunitetinə xələl gətirib və məhkəmədən əvvəl faktları qiymətləndirib.
“Fakt Yoxla”nın gəldiyi qənaətə görə, Prezidentin köməkçisinin müsahibəsində həbsdə olan media nümayəndələri barəsində səsləndirdiyi fikirlər təqsirsizlik prezumpsiyası hüququnun pozuntusudur.
Hikmət Hacıyev həbsdə olan jurnalistlərin təqsirsizlik prezumpsiyası hüququnu pozub