Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva isə ölkədə jurnalistlərin peşə fəaliyyətinə görə həbs olunması iddiasını “cəfəngiyyat” adlandırıb.
“Azərbaycanda, ümumiyyətlə, tutulan, saxlanılan şəxslər arasında həkim, mühəndis, müxtəlif peşə sahibləri var. Jurnalist olduqları üçün həbs olunmaq iddiası qeyri-ciddidir, cəfəngiyyatdır”, – Ombudsman “BBC Azərbaycancanca”ya deyib.
O bildirib ki, jurnalistlərə qarşı qaldırılan cinayət işlərində onların peşə fəaliyyətlərinə görə həbs olunması öz əksini tapmayıb.
“Müxtəlif cinayətlər, istintaq davam edir, onlar məhkəmə qarşısına çıxarılacaqlar və sizin qeyd etdiyiniz vəkillər vasitəsi ilə bu məsələyə münasibətlərini göstərə bilərlər”,- İnsan Hüquqları üzrə müvəkkil deyib.
Saxlanılan jurnalistlərin təxridxanada işgəncə və ya pis rəftarla üzləşməsi, onlara ailələri ilə görüş verilməməsi ilə bağlı iddialara gəlincə, Ombudsman qeyd edib ki, təmsil etdiyi quruma belə bir məlumat gəlməyib.
“Bizim aparata bu məlumatlar daxil olmayıb. Mütəmadi olaraq sosial şəbəkələrdə yayımlanan bu məsələlərlə bağlı müvafiq başçəkmələr həyata keçiririk. Əgər bu və ya digər hüquq pozuntusu müəyyən olunursa, tərəfimizdən müvafiq addımlar atılır”, – Ombudsman əlavə edib.
Vəkil Ombudsmana cavab verib: “Yalan danışırsınız”
“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) vəkili Aqil Layic isə özünün “Facebook” hesabında Ombudsmanın yalan danışdığını yazıb:
“Yalan danışırsınız. Sevinc Vaqifqızı və orda olan vəziyyətlə bağlı noyabrın 18-i saat 16-da müraciət etmişəm. Bir dəfə də olsun düz danışın və insan hüquqları ilə məşğul olun”.
“Müraciətləri dəhşət araşdırırsınız axı. İşgəncələrlə bağlı müraciəti araşdırmaq əvəzinə, barəsində şikayət verdiyimiz orqana göndərirsiniz ki, bizə cavab yazsınlar”, – vəkil Ombudsmanı tənqid edib.
Son günlər Azərbaycandakı Cəzaçəkmə Müəssisələrindən və həbs yerlərindən işgəncə halları ilə bağlı ardıcıl məlumatlar yayılır.
MeydanTV
Aqil Layic: “Yalan danışırsınız”