Zəfər Əhmədovun saxlandığı yer barədə ailə üzvlərinə məlumat verilmir

Ötən gün həbs edilmiş AXCP fəalı Zəfər Əhmədovun ailə üzvləri onun taleyindən narahatdır. Onlara Z.Əhmədovun saxlandığı yer barədə məlumat verilmir.

Şənbə günü Xətai Rayon Polis İdarəsindən ailə üzvlərinə bildiriblər ki, Z.Əhmədov həmin idarədədir. Lakin yaxınları yemək gətirərkən onun orada olmadığını deyiblər.

Binəqədidə inzibati qaydada həbs olunanların saxlanma məntəqəsində də Z.Əhmədovun orada olmadığını bildiriblər.

DİN mətbuat xidmətindən şərh almaq mümkün olmayıb. X.Əhmədov siyasi məhbus Fuad Əhmədlinin atasıdır. Ötən gün məhkəmənin qərarına əsasən polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edilib.

Turan