Yəməndən Təl-Əvivə raket hücumu gerçəkləşdirib

Xəbər mənbələri bildirir ki, raket hücumu ilə əlaqədar Təl-Əvivdə xəbərdarlıq sirenləri səslənib.

 

Əl-Cəzirə-dən verilən xəbərə görə, İsrail ordusu Yəməndən Təl-Əvivə ballistik raket atıldığını açıqlayıb.

Bəzi İsrail mənbələri ilkin məlumata görə, Yəməndən Təl-Əvivə çoxlu raket atıldığını və nəticədə Ben Qurion hava limanında bütün uçuşların dayandırıldığını bildiriblər.

Yəməndən bu raket hücumundan sonra 2 milyondan çox mühacirlər sığınacaqlara üz tutub.

İsrail mediası həmçinin 17 israillinin sığınacaqlara qaçarkən yaralandığını bildirib.

Yəmən silahlı qüvvələri bu raket hücumu ilə bağlı hələlik açıqlama verməyib.