Yəməndə fələstinlilərə dəstək nümayişi

 İsrail qüvvələrin Qəzzada yaşayan dinc sakinlərə qarşı vəhşi hücumları davam edir. HƏMAS-ın İsrailə qarşı başlatdığı 'Əqsa tufanı' əməliyyatından sonra bütün dünyada fələstinlilərə dəstək nümayişləri keçirilməyə başlayıb.

Yəmənin Saade şəhərində yəmənlilər fələstinlilərə dəstək üçün böyük nümayiş keçirib. Nümayiş iştirakçıları Fələstin bayraqları daşıyaraq, blokada altındakı Qəzza zolağından sionist İsrailə qarşı əməliyyat keçirən Həmas və Fələstin müqavimətini dəstəkləyən şüarlar səsləndiriblər.