Yəmən xalqı Aşura günü münasibətilə ölkənin müxtəlif şəhərlərində meydanları doldurub.
Yəmən xalqının Aşura mərasimi ilə bağlı yaydığı bəyanatda: Bu günü qeyd etmək bizim İmam Hüseynə (ə) məhəbbət və bağlılığımızın əlamətlərindəndir. Aşuranın ehtirası bizim zalımlara, cinayətkarlara qarşı dini, prinsipial və əxlaqi mövqeyimizi ifadə edir.
Bəyanatın davamında; Biz ümmətin problemlərinin ən mühümü olan Fələstin məsələsində prinsipial mövqeyimizi qoruyuruq. Xəyanətkar rejimlərin düşmən İsraillə hər cür münasibətləri normallaşdırmasını pisləyirik.
Yəmən xalqının verdiyi bəyanatda ümmətin düşmənlərinə qarşı cihad və müqavimət oxundakı milli və dəyərli mövqeləri vurğulanarkən, İsveçdə sionist lobbisi tərəfindən Quranın yandırılmasını pislədiyimiz bildirilib və Danimarkaya müraciət edərək İslam dünyasının bu ölkələrə qarşı mövqe tutmasını və sanksiyalar tətbiq etməsini tələb edib.
Yəmənlilər bu bəyanatda Yəməndəki təcavüzkar ərəb koalisiyasına da müraciət edərək deyiblər: Biz sizə deyirik ki, biz hələ də hazır vəziyyətdəyik və hələ də sizin hərbi təcavüz və mühasirənizlə mübarizə aparmağa hazırlaşırıq. Nə qədər lazım olursa olsun qurbanlar davam edəcək. Biz nə təslim olacağıq, nə də səhlənkarlıq edəcəyik ki, düşmən millətimizə sahib çıxmasın.
Yəməndə Aşura mərasimi