Əl-Məyadin xəbər agentliyinin məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri Yəmən qüvvələrinin İsrail rejiminə bağlı iki gəmini hədəf almağa müvəffəq olduğunu açıqlayıb.
Yəhya Səri əməliyyatın İraq İslami Müqavimət Qüvvələrinin köməyi və bir neçə pilotsuz uçuş vasitəsi ilə həyata keçirildiyini əlavə edərək, "Birgə əməliyyat Hayfa limanına gedən iki hərbi texnika gəmisinə qarşı həyata keçirilib" deyib.
Yəmən Ordusunun sözçüsü, "İkinci əməliyyatda Hayfa limanına giriş qadağasını pozan bir gəmi hədəf alındı. Hər iki əməliyyat çoxlu pilotsuz uçuş aparatları ilə həyata keçirildi və uğurlu oldu" deyə bildirib.
Yəhya Səri həmçinin əlavə edib ki, İsrail düşməni qarşıdakı dövrdə xüsusi və unikal birgə əməliyyatlar gözləməlidir.
Yəmən və İraq qüvvələrinin birgə əməliyyatı