Yəmən Silahlı Qüvvələri İsrail rejiminə qarşı xüsusi əməliyyat keçirib

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii mayın 24-də 3 gəmiyə qarşı 3 əməliyyatın həyata keçirilməsinə toxunaraq, ilk əməliyyatda sionist rejimin “MSC ALEXANDRA” gəmisinin Makran dənizində bir neçə ballistik raketlə hədəfə alındığını bildirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, onun sözlərinə görə, ikinci əməliyyatda dəniz qüvvələri, pilotsuz uçuş aparatları və raket qüvvələri Qırmızı dənizdən keçməkdə olan Yunanıstan şirkətinə məxsus "YANNİS" gəmisini hədəfə alıb.

Üçüncü əməliyyatda raket qüvvələri Aralıq dənizində İsrail rejiminin “ESSEX” gəmisinin bir neçə raketlə hədəfə alıb.