Yəmən: Bütün İsrail gəmilərini hədəfə alacağıq

Yəmənli hərbi mənbə ölkənin silahlı qüvvələrinin Fələstin xalqına dəstək olaraq İsrail gəmilərini hədəfə almaq niyyətində olduğunu bildirib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, yəmənli hərbi mənbə bu gün günortadan sonra sionist rejimin bütün gəmilərinə xəbərdarlıq edib.

Adı çəkilməyən bu mənbə “Əl-Mayadeen” şəbəkəsinə deyib: “Qüvvələrimiz istər Qırmızı dənizdə, istərsə də düşmənin gözləmədiyi başqa yerdə bütün İsrail gəmilərini hədəfə almağa qadirdir”.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri və Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbd Salam bundan əvvəl ayrı-ayrı bəyanatlarında sionist rejimin təcavüzü dayanana qədər İsrail hədəflərinə qarşı hücumlarını davam etdirəcəklərini vurğulamışdılar.