Vəkilliyin yeni Əsasnaməsi: çəkindirici effekt və ifadə azadlığına qarşı
Ötən ilin dekabr ayının 7-də Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən “Vəkillərin davranış qaydaları haqqında” yeni Əsasnamə qəbul edildi.
Əsasnamənin girişində qeyd edilir: “Qanunun aliliyinə hörmətin aşılanması və hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi baxımından vəkilin davranışı xüsusi əhəmiyyət kəsb etdiyindən vəkillərin peşə davranışı standartları ən yüksək tələblərə cavab verməlidir”.
Bəs görək, Əsasnamə bu standartları necə müəyyən edir?
Əsasnamənin 1.3-cü (Ümumi müddəalar) bəndində hüquqi prelüdiya belə verilir:
“Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir”.
Bənzər norma Əsasnamənin 2.4-cü (Loyallıq) bəndində də elan edilir: “Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir”.
Oxşar norma 2.8-ci bənddə də nəzərdə tutulub:
“(Mədəni davranış) Vəkil peşə fəaliyyətini həyata keçirərkən və peşə fəaliyyətindən kənar bütün şəxslərlə münasibətdə mədəni, nəzakətli, diqqətli və səbirli olmalıdır”.
Əsasnamənin vəkilin “peşə fəaliyyətindən kənar həyatını” “xüsusi qayğıyla” diqqətdə saxlamasının hansı uzaqgörən məqsəd güddüyü, “peşə fəaliyyətindən kənar həyatın” peşə fəaliyyətini tənzimləyən kodeksdə belə gen-bol xatırladılmasının və parafraz edilməsinin və bu uzlaşmanın əlahəzrət səbəbləri bəlli deyil. Ancaq bəlli olan odur ki, Əsasnamənin sadalanan bu bəndləri istənilən vaxt “peşə fəaliyyətindən kənar” pozuntu arqumenti ilə təqibə çevrilə bilər.
Əsasnamənin 2.2-ci bəndində deyilir: “Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı... Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır”.
Əsasnamənin 2.13-cü bəndinə (İctimailik) nəzər yetirək: “Vəkil zərurət yarandıqda konfidensiallıq və digər əsas peşə prinsiplərinə zidd olmayaraq göstərdiyi hüquqi yardımlarla əlaqədar ictimaiyyəti düzgün məlumatlandırmaq öhdəliyi daşıyır”.
Əsasnamənin bu bəndləri, Vəkillər Kollegiyasının vəkillik anlayışına yeni, özünəməxsus yanaşmasının təsdiqi hesab olunmalıdır. Aydındır ki, vəkillik peşəsi mahiyyətcə tərəfli peşədir və vəkilin əsas vəzifəsi hüquqi yardım üçün ona müraciət etmiş fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. Bü müddəa “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsində nəzərdə tutulub.
Yeni Əsasnamənin vəkillikdən tələb etdiyi “dürüstlük və ləyaqətlilik”, “ictimaiyyəti düzgün məlumatlandırmaq öhdəliyi” isə vəkilliyin əsas vəzifələri ilə bir araya sığmır, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 3-cü maddəsinə ziddir və bu, bütövlükdə vəkillik institutunun mahiyyətinin birmənalı şəkildə inkarı deməkdir.
Axı nə deməkdir “dürüstlük və ləyaqətlilik” və yaxud “ictimaiyyəti düzgün məlumatlandırmaq öhdəliyi”? Vəkil həqiqəti üzə çıxarmaq işi ilə məşğuldur, yoxsa müdafiəylə? Tutaq ki, vəkilin həqiqətən də hansısa cinayət əməlini törətmiş müştərinin istəyinə uyğun olaraq onun ittihamı təkzib etməsi Əsasnamə ilə ondan tələb olunan “dürüstlük və ləyaqətlilik”, yaxud “ictimaiyyəti düzgün məlumatlandırmaq öhdəliyi” ilə necə uzlaşacaq? Bu, “vəkilin müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd hər hansı hərəkəti etmək” tələbinə nə dərəcədə uyğundur? Yoxsa, sovetlərə qayıdırıq? Axı orda vəkilin hətta öz müştərisinə elan olunan ittihamla əlaqəsini etiraf etmək öhdəliyi də vardı.
Əsasnamənin 2.4-cü (Loyallıq) bəndində yazılır: “Vəkil ...başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir”.
Bu, o deməkdir ki, məsələn, hansısa bir vəkil nüfuzlu bir hüquq mühafizə orqanının (məsələn, BMCMİ) təhqiq etdiyi bütün işlərdə dövlət hesabına vəkil kimi təmsil olunursa, bunda şübhəli əlbirlik və peşə əxlaqının pözulması ehtimallarını dilə gətirmək olmaz! Ümumiyyətlə isə, tənqidi mülahizə, hətta bu mülahizələr ictimai xarakter daşıyırsa, niyə pis və bəyənilməyən əməl hesab edilməlidir? “İctimaiyyəti düzgün məlumatlandırmaq öhdəliyi” isə vəkilliyin əsas vəzifələri ilə bir araya sığmır. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən vəkillik həmçinin ... demokratizm, aşkarlıq prinsipləri əsasında fəaliyyət göstərir.
Əsasnamənin 2.5-ci bəndinə (İctimai etimad) əsasən “...Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır”.
2.11 (İctimai və siyasi fəaliyyət) “Vəkilin ictimai və ya siyasi fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə mənsubiyyəti, onun öz vəzifələrini qərəzsiz və obyektiv yerinə yetirdiyinə şübhə doğurmamalıdır”.
4.4-cü bənd: “Vəkil heç vaxt məhkəməyə, ibtidai istintaq və təhqiqat orqanına bilərəkdən yanlış və ya çaşdırıcı məlumat verməməlidir”.
Bu, nə obyektivlik və qərəzsizlik mərəzidir, anlamaq olmur. Axı, vəkil mahiyyətcə obyektivliklə məşğul olmur, obyektivlik onun işi, vəzifəsi, sənəti deyil, vəkillik anlayışının mahiyyəti elə subyektivlikdir, müdafiə etdiyi şəxsin tapşırığı ilə işləməkdir, qərəzlilikdir, birtərəflilikdir, tərəfgirlikdir.
Üstəlik, “çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır” dedikdə, bu çox geniş və ümumi anlayışın altında nələr ehtiva olunur, anlaşılmır. Məsələn, aydın olmur ki, vəkil, məhkəmədə müdafiə çıxışı edərkən, yaxud vəsatət yazarkən obyektiliyi qorumasa, onu hansı cəza gözləyəcək?!
Əsasnamənin 2.10-cu bəndinə görə, “Peşə fəaliyyətini həyata keçirməklə bağlı vəkillərin, qanuna zidd olaraq, maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər əldə etməyə yönəlmiş hərəkət (hərəkətsizlik) etməsi qadağandır”.
Deyək ki, hansısa səxavətli müştərinin öz vəkilinə avtomobil, mənzil hədiyyə etməsi, nisbətən səxavətsizinin mobil telefon, ya hansısa qiymətli əşya bağışlaması və s. həmin bəndin pozuntusu altında qavranılmayacaq ki?
2.13-cü bəndə əsasən “...Vəkil cinayət işləri üzrə istintaq sirri təşkil edən və ya qapalı keçirilən məhkəmə prosesləri barədə məlumatları ictimailəşdirməməlidir”. Əsasnamənin bu bəndi cəmiyyətin xüsusən səs-küylü, ictimai-siyasi məzmunlu işlər üzrə məhkəmə proseslərindən xəbərsiz saxlanması niyyətini güdür. Məsələn, məhkəmə nəzarəti qaydasında baxılan bütün işlər (həbs qətimkan tədbirinin seçilməsi, ev dustaqlığı və yaxud da girov qətimkan tədbirlərinə dair vəsatətlərə baxılması və s. və i.a.) qanunvericiliyin tələbinə görə qapalı keçirilir. İctimaiyyətin diqqətində olan hər hansı bir işlə bağlı təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilibsə və vəkil də bu barədə məlumatı ictimailəşdiribsə, bu, artıq onun sözügedən bəndi pozması hesab ediləcək və haqqında intizam icraatı açılacaq.
2.13-cü bəndin daha bir “möcüzəsi”: “Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və ictimai yerlərdə vəkilliyin nüfuzunu ləkələyən, Vəkillər Kollegiyasının orqanlarının qərarları barədə cəmiyyətdə yanlış təsəvvürlər yarada bilən hərəkətlərdən və ictimai çıxışlardan, təhqir və böhtan xarakterli məlumatların yayılmasından çəkinməlidir”.
Bu bənd Kollegiyanın orqanlarının istənilən qərarı barədə tənqidi rəy və qiymətlədirici mülahizələri dolayısı ilə qadağan edir, Kollegiya üzvlərini mənafe və qanuni maraqları ilə bağlı qərarları açıq müzakirə etmək imkanından çəkindirir. Əks halda, necə deyərlər, autodafe!
Yenə eyni bənddə yazılır: “Vəkil kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə və kütləvi çıxışlarda dövlət, qeyri-dövlət və onların vəzifəli şəxsləri barəsində əsassız, böhtan xarakterli məlumatların yayılmasına yol verməməli və həmin şəxslərə qarşı qeyri-etik ifadələr işlətməməli və davranışlara yol verməməlidir”.
Böhtanı başa düşdük, bəs “əsassız” nə deməkdir? “Əsassız”lıq anlayışı subyektiv olmaqla istənilən tənqidi mülahizəni ehtiva etmirmi? Bu bənd vəkillərin ifadə azadlığına qoyulan qadağanın sərhədlərini genişləndirməklə, vəkillərin mediada, sosial şəbəkələrdə və ictimai çıxışlarda özünüsenzurasını gücləndirir, çəkindirici effekt yaratmaqla onları tənqidi çıxışlardan məhrum edir. Başqa sözlə, ifadə azadlığı hüququnun qadağan olunması və total senzura!
Halbuki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən vəkillik həm də müstəqillik ...prinsipi əsasında fəaliyyət göstərir və vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməlidir...
Əsasnamənin 2.14-cü bəndinə əsasən “Vəkil öz peşə borcunun müstəqil surətdə yerinə yetirilməsinə, həmçinin ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə mane olan fəaliyyətdən çəkinməlidir”.
Nədir bu fəaliyyət? Hansı növ hərəkətlər bu fəaliyyətə aid hesab edilir və ya edilə bilər, yaxud edilməlidir? Bu cür ümumi və qeyri-müəyyən anlayışın altında konkret nələr ehtiva edilir? Aydındır ki, bu, vəkilin təqib edilməsi işində geniş sui-istifadələr üçün imkan və şərait yaradır.
Əsasnamənin 3.3-cü bəndində deyilir ki, “Vəkil ona tapşırıq verən, müraciət edən şəxsin kimliyini, hüquqi şəxsin adından çıxış edən şəxsin səlahiyyətlərini aydınlaşdırmalıdır”.
Bu bəndin, izafi vaxt itkisinə əsas olacağı ehtimalı real olmaqla, hüquqi yardım üçün müraciət edən fiziki və hüquqi şəxslərin müdafiəçisinin səmərəliliyinə mənfi təsir edəcəyi şübhəsizdir.
İnsaf naminə Əsasnamədə bir neçə yaxşı bənd də var. Məsələn, 2.6-cı bəndə (Konfidensiallıq) əsasən “Vəkil hüquqi yardım göstərilməsi ilə əlaqədar əldə etdiyi məlumatların konfidensiallığını təmin etməlidir. Məlumatların konfidensiallığının təmin edilməsi müddətlə məhdudlaşdırılmır”. Yəni, konfidensiallıq əbədidir. Ancaq, qəlizlik ondadır ki, bu Əsasnamə ilə eyni gündə - 7 dekabr 2017-ci ildə öz müştərisinin ona etibar edib verdiyi məktublar əsasında kitab yazan bir vəkilin Kollegiyanın Rəyasət Heyətinə üzv seçilməsi bu normaya necə riayət ediləcəyinin anonsu oldu.
Beləliklə, hətta ötəri tanışlıq belə əminliklə deməyə əsas verir. Bütövlükdə bu Əsasnamə:
a) “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna və vəkilliklə bağlı digər qanun normalarına ziddir;
b) İstənilən vəkili istənilən an Kollegiya üzvlüyündən kənarlaşdırmaq, ən yaxşı halda isə başqa cür cəzalandırmaq imkanı verir;
c) Vəkillərin müstəqilliyi və ifadə azadlığı hüququnun sərhədlərini əhəmiyyətli şəkildə daraldılır və çəkindirici effekt xarakteri daşıyır;
d) İtaətkar vəkil korpusunun yaradılmasına, “qarşılıqlı əməkdaşlıq şəraitində işləyən problemsiz vahid komandanın - “istintaq-vəkillik-məhkəmə komandası”nın yaradılmasına xidmət edir.