İran İslam Respublikasının Ali Liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti, Pakistanın daxili işlər naziri ilə görüşündə İran ilə ABŞ arasında mümkün danışıqlara toxunaraq bildirib: “İran İslam Respublikasının qırmızı xətlərinə riayət olunmaqla və əvvəlcədən şərt qoyulmadan aparılacaq danışıqlara qarşı deyilik.”
Əliəkbər Vilayəti, 2025-ci il iyulun 14-də, Pakistanın daxili işlər naziri Seyid Möhsin Nəqəvi ilə keçirilən görüşdə İran və Pakistan münasibətlərini dərin, köklü və qardaşcasına adlandırdı və ikitərəfli əməkdaşlıqların möhkəmləndirilməsi və genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı Pakistanın baş nazirinin və Pakistan Ordusunun Baş Qərargah rəisinin Ali Liderə ünvanlanmış məktubu, daxili işlər naziri tərəfindən Vilayətiyə təqdim olundu.
Hər iki tərəf ikitərəfli əlaqələrin inkişaf tendensiyasından məmnunluq ifadə edərək, müxtəlif sahələrdə geniş əməkdaşlığın əhəmiyyətini vurğuladılar.
Vilayəti bölgədə baş verən hadisələrə, xüsusilə ABŞ-nin dəstəyi ilə sionist rejimin İrana qarşı törətdiyi təcavüzkar hərəkətlərə və Qəzzədəki cinayətlərə toxunaraq, bu qeyri-qanuni hərəkətlər qarşısında İslam ölkələri arasında həmrəylik və fikir birliyinin vacibliyini qeyd edib.
Vilayəti: İranın qırmızı xətlərinə riayət şərti ilə danışıqlara qarşı deyilik