UEFA Avropa Liqası: “Qarabağ” Finlandiyanın “HİK” komandasını məğlub edib

Operativtv.com Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Finlandiyada UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçirilən “HİK” ilə “Qarabağ” qarşılaşması başa çatıb.

Məlumata əsasən, oyun “Qarabağ” komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

“HİK”in heyətində Santeri Hostikka 10-cu dəqiqədə fərqlənib. İlk hissənin sonlarına yaxın Ağdam klubunun futbolçusu Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirməklə hesabı bərabərləşdirib – 1:1. Oyunun 56-ci dəqiqəsində Yassin Benzia “Qarabağın”ın ikinci qolunu vurub.

Beləliklə, “Qarabağ” komandası UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksəlib.