Operativtv.com APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat “TRT”nin efirində məlumat verib.
Onun sözlərinə görə, qərar vəziyyətin inkişafından asılı olaraq veriləcək.
“Qəzzada zorakılığa son qoymaq bizim üçün vacibdir. Müəyyən etdiyimiz məhsullar İsrail üçün vacibdir. Məqsədimiz İsraili xəbərdar etməkdir. Biz bu xəbərdarlığı artıq vermişik və 54 adda məhsulun ixracına məhdudiyyətlər tətbiq etməklə beynəlxalq ictimaiyyətə müvafiq mesaj göndərmişik”, - nazir qeyd edib.
Bolat Türkiyənin İsrailin hərbi təyyarələri üçün yanacaq ixracına dair iddiaları da təkzib edib.
Türkiyə İsrailə ixrac edilən məhsullara yeni məhdudiyyətlər tətbiq edə bilər