Türkiyə CAR-ın İsrailə qarşı şikayətinə qoşulub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirib ki, ölkəsi Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində sionist rejimə qarşı şikayətinə qoşulur.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Ərdoğan əlavə edib: Türkiyə parlamentinin hüquq qrupu Fələstin xalqına qarşı soyqırımına son qoymaq məqsədilə Cənubi Afrika Respublikasının Beynəlxalq Ədalət Məhkəməsində sionist rejim əleyhinə şikayətinə qoşulur və Türkiyə avqustun 7-də (çərşənbə günü) şikayətini bu məhkəməyə təqdim edəcək.

Türkiyə prezidenti deyib: Təəssüflər olsun ki, Qərb aktyorları, xüsusən də ABŞ İsrailin və bir ovuc sionistin əsirinə çevriliblər.

O əlavə edib: Türkiyə İsrailin (rejiminin) Qəzza zolağındakı barbarlığını dayandırmaq üçün bütün səylərini sərf edəcək.

Türkiyə prezidenti vurğulayıb: İsrailin (rejiminin) soyqırım şəbəkəsi qaniçəndir və hansı cinayətləri törətsə də, Türkiyə və türk xalqının fələstinlilərlə həmrəyliyinə mane olmayacaq.

Ərdoğan daha əvvəl sionist rejimin Qəzzəyə hücumları ilə bağlı demişdi: BMT Təhlükəsizlik Şurası normal olaraq bəşəriyyəti oyandırmalı olan bu zülm qarşısında susur.