Tunis prezidentinin qeyri-qanuni miqrasiya ilə bağlı bəyanatına Afrika İttifaqından reaksiya

Afrika İttifaqı (AfB) Komissiyasının rəhbəri Musa Faki Mahamat Tunis prezidenti Qeys Səidin Saxaradan cənuba Afrikadan köç edən afrikalılarla bağlı bəyanatını pisləyib.

AfB Komissiyasının sədri Mahamat, etdiyi yazılı şərhdə, Tunis hakimiyyətinin Saxara-altı Afrika ölkələrindən qeyri-qanuni miqrasiya ilə Tunisin demoqrafik quruluşunu dəyişdirmək məqsədi daşıdığına dair açıqlamasını "şiddətli şəkildə pislədiyini" ifadə edib. Açıqlamada Tunisin AfB-nin üzvü olduğu xatırladılıb və başda üzvlər olmaqla bütün ölkələrə beynəlxalq hüquq çərçivəsində mühacirlərə qarşı öhdəliklərini yerinə yetirməyə çağırış edilib. Bəyanatda digər tərəfdən Tunis hökumətinə çağırış edilərək insanlara zərər verə biləcək irqçi yanaşmalardan çəkinmələri və insan haqlarına hörmətlə yanaşmaları lazım olduğu vurğulanıb.